"Şuşa" ilə oyuna ciddi hazırlaşmışdıq. Yaxşı bilirdik ki, rəqibi qiymətləndirməmək olmaz. Erkən qol vurduq və sonra üstünlüyü artırdıq. Bizi sonradan daha iki qolla cavab verdiyimiz buraxılan qol da təşvişə salmadı". "İnter"in oyunçusu Valeri Abramidze deyib.
Gürcü futbolçu Azərbaycan Kubokunun 1/4 finalında "Abşeron"la keçirəcəkləri oyunla bağlı da fikirlərini bildirib: "Bizim üçün hansı komanda ilə oynamağın fərqi yoxdu. Mövsümün əvvəlində qarşımıza çempionat və kubok oyunlarıqda uğurlu çıxış etmək tapşırığı qoyulmuşdu. Bu səbəbdən rəqiblərə fikir vermədən məqsədimizə doğru irəliləyəcəkyik". "İnter" həftəsonu Premyer Liqada AZAL-la qarşılaşacaq. Bank klubu ilk dövrədə bu rəqibinə böyükhesabla yenilmişdi. Abramidze bu dəfə AZAL üzərində qələbə qazanacaqlarını bildirib: "Birinci dövrədə 0:5 hesabı ilə məğlub olmuşduq. Bu amil bizi revanş matçına daha yaxşı kökləyir. Bu bizim üçün əlavə stimuldu. Meydana qalib gəlmək üçün çıxacağıq".