A.Çertoqanov: "Rəqib yaxşı oynadı"
"Neftçi”lə oyundan sonra "İnter”in yarımmüdafiəçisi Aleksandr Çertoqanovla görüşüb qarşılaşma haqqında fikirlərini öyrənməyə çalışdıq.
-Aleksandr, başa çatmış oyun barədə nə düşünürsən? Oyun haqqında nə demək istərdin? -Ümumiyyətlə, heç nə. Bu gün bizim oyunumuz alınmadı. - Yaxşı futbol nümayiş etdirməyə nə mane oldu? - Bilmirəm nə deyim. Sadəcə, rəqib yaxşı oynadı. Biz bütün mübarizəni uduzduq və rəqib qapısında , demək olar, təhlükəli heç nə yarada bilmədik. -Hakimlik barədə nə fikirləşirsən? Penaltinin təyin olunması epizoduyla bağlı nə deyərdin? -Penalti vardı, ona görə ki, ayağa təmas vardı. -Bu gün meydana zədəli çıxmışdın. Özünü necə hiss edirsən? -Bəli, mənim böyük olmayan zədəm var və bu gün də bir az zədə aldım. Amma hər şey yaxşı olacaq, 2-3 gündən sonra tam qaydasına düşəcəyəm.
David Odikadze:"Bu gün bizim gün deyildi"
"Neftçi”lə oyundan sonra "İnter”in futbolçusu David Odikadzelə görüşüb məğlubiyyətin səbəblərini öyrənməyə çalışdıq.
-Bu gün "İnter” üçün heç də yaxşı olmayan oyunlardan biri baş tutdu. Komandaya yaxşı futbol nümayiş etdirməyə nə mane oldu? -D.O.: Bu gün bizim gün deyildi. "Neftçi” daha güclü idi. Bu uğursuz oyunu tez bir zamanda unudub, növbəti matçlar haqqında düşünmək lazımdır. -Nəticəyə Kaxaber Tsxadadzenin diskvalifikasiyası təsir göstərdi? -D.O.:Bəli, təəssüf ki, göstərdi. Kaxaber Tsxadadze məşqçi zonasından bizə həmişə tapşırıqlar verir, fəal şəkildə kömək edir. Bu dəfə o yox idi və onun yeri hiss olunurdu.
|