Premyer Liqanın 3 cü turunda "İnter" evdə "Bakı"ilə qarşılaşmada aldığı texniki məğlubiyyətdən sonra banirklər məğlubiyyət nədir bilmirlər.Bəs buna səbəb nədir? Keçən sezon komanda heç bir yer tutmayandan sonra komanda da ciddi islahatların başlayacağı heç kimə şüphə deyildi.Lakin heç kim də inanmırdı ki komandandan gedən legionerlərin yerinə yerli oyunçular və üstəlik əvəzedici heyyətəndə oyunçular cəlb ediləcək.Yay fasiləsində Samir Zərgərov Ruslan Poladov Xəyal Mustafayev Asif Məmmədov Rüstəm Abbasov Elnur Abdulov Asif Mirili kimi oyunçuları heyyətinə qatmaqla çoxlarında simpatiya qazandı.Düzdü komandandan gedənlərdə az olmadı.Amma geridə qalan turlar göstərdi ki gələnlər gedənləri unutdurmağı tam olaraq bacardı. Taktiki gediş. Komandanı praqmatik futbol oynamaqda ittiham edirlər amma 3-6-1 taktikası ilə oynamaq hər komandanın işi deyil bunun üçün cinahların möhkəm olmalı və fiziki cəhəttən hər bir normalara uyğun gəlməlidir.Komandada Arif Asif Samir Elnur Petar kimi oyunçular bunun öhtəsindən məharətlə gəlir.Keçən sezon hücum futbolu oynayan bankirlər hakimlərin haqsızlıqından dərs alıb yeni taktika ilə meydana atılırlar bu isə labüd haldır. Səviyyə və komanda nizam intizamı. Komandada nizam intizam demək olar ki yüksək səviyyədədir.Hətta komanda məğlub olsa belə oyun sixeması dağılmır pərakəndə oyun getmir.Oyunçular hara gəldi topu vurmur.Və də əksinə qalib zaman vaxtın bitməsi xatirinə meydanda top sürümürlər.Bəlkədə elə əsas səbəblərdən biri budur ki komanda 9 turdu məğlubiyyət nədir bilmirlər. Hücum xəttinin dişsizliyi. Geridə qalan 12 tur ərzində komanda 11 top vurub buda ilk altıqlıqda qərarlaşan komandalar arasında ən aşağı göstəricidir.11 qolun demək olar ki yalnız birin hücumçu vurub qalanın isə arxa xətt oyunçuları öz hesabına yazıb iki oyunçu Elnur və Nizami aktivlərinə 2 top yaza biliblər.Bu isə komandanın hücum xəttinin zəyifliyindən xəbər verir.Düzdü komandanda Birlik Kubokunda 9 qolla bombardir olan Girt Karlsonsn.AZAL da oyun sərgiləyən Enyo Krastovçev kimi və lazım olan anlarda qol vuran bala Tsxadadze kimi hücumçular var amma görünür bunlar yetərli deyil. Bununla bərabər komanda nəyinki ilk altılıqda ümumiyyətlə 12 komanda arasında ən az top buraxan komandadır.cəmi 7 qol buraxıb.Daha doğrusu 4 top buraxıb (1 penalti zərbəsindən) 3 qol isə "Bakı" ilə oyunda 3 topluq texniki məğlubiyyətin bəhrəsidir .Komanda da Peter Çrappan Danildo Vladimir Abramidze İlia kimi səviyyəli müdafiə qapını lazım olan qədər qoruya bilir hücumların qarşısın ala bilir. Göründüyü kimi "İnter"in uğurunun ən əsas səbəbi hər bir rəqibə uğun meydana uyğun ağıllı nizam intizamlı və ən əsas taktiki futbol sərgiləməsidir.
Oktay Ağazadə agligoylu.tk
|