Azerisport.az yanvar ayının futbolçusunu müəyyənləşdirmək üçün keçirdiyi sorğuya yekun vurub. 6 futbolçunun namizəd kimi göstərildiyi siyahıda oxucularımız Latviya yığmasının da şərəfini qoruyan son Azərbaycan çempionu "İnter”in hücumçusu Girts Karlsonsa üstünlük veriblər. Ötən ay Sankt-Peterburqda keçirilən "Birlik Kuboku”nda "bankirlər”in kuboku qazanmasında böyük pay sahibi olan, turnirin bombardiri adını qazanan latviyalı forvard respondentlərin 39 faizinin səsini toplamağı bacarıb. O, siyahıda "Neftçi”nin hücumçusu Bahodir Nasimovu, "Qarabağ”ın forvardı Rauf Əliyevi, "Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Alim Qurbanovu, AZAL-ın üzvü Qvidas Yuşkanı, həmçinin "Bakı”nın orta sahə oyunçusu Adnan Bərəkəti qabaqlamağı bacarıb
|