"İnter”in yarımmüdafiəçisi Şəhriyar Rəhimov "Bakı” komandasıyla matç barədə fikirlərini açıqladı: "Oyun çətin olacaq. Axı "Bakı” ilə matç paytaxt derbisidir. Bu komanda yüksək yerlər uğrunda mübarizədə bizim birbaşa rəqibimizdir. Son turda biz "Qarabağa məğlub olduq-bu, bizi "Bakı” ilə oyunda meydana yalnız qələbə üçün çıxmağa vadar edir. Belə ki, biz liderləri önə buraxmaq istəmirik. Mövsümlərarası dövrdə "Bakı” kifayət qədər tanınmış təcrübəli futbolçularla gücləndi, lakin bizi rəqiblərin adı qorxutmur. Komandamızda çox şeyə haqq edən gənc qabiliyyətli futbolçular cəmləşib”.
inter.az
|