Bu gün Premyer Liqanın 2010 cu ilə nəzərdə tutlmuş son turunda İnter liqanın debütantı Gəncəni qəbul edirdi.Bu iki komanda arasındakı birinci oyun qonağların minimal hesablı qalibiyyəti ilə başa çatmışdır.Oyun İnterin hücumları ilə başladı bir neçə dəfə qola yaxın olan İnter son anlarda qapıya yol tapa bilmirdi.İlk hissə bərabər bitdi.İkinci hissədə də hücumlarının gücünü artıran İnter nəhayət oyunun son dəqiqələrində İliya Kandelakinin vurduğu qolla 3 xalı və qalibiyyəti hesabına yazdı.Bu qalibiyyətlə İnter keçən turda Gəncədən aldığı məğlubiyyətin heyifini çıxdı.
Kaxaber Tsxadadze
"Çox ağır oyun oldu, buna hazır idik. Çempion komandaya qarşı bütün komandalar xüsusi motivasiya ilə oynayır. Təəssüf ki, bu günkü oyunda bir sıra futbolçularımız zədələndi. İlk hissədə etdiyimiz dəyişiklik özünü doğrultdu. İkinci hissədə təşəbbüsü ələ aldıq və bunun nəticəsində qələbə qolunu vura bildik. Daha bir neçə qol imkanımız oldu, lakin onlardan yararlana bilmədik. Bu cür imkanlardan istifadə edə bilməməyimiz ən böyük çətinliyimizdi. Üç xal qazandığımız üçün şadam, komandamı qələbə münasibəti ilə təbrik edirəm". bu sözləri "Gəncə" ilə oyundan sonra "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze deyib.
|