Unibank Premyer Liqasının X-cu turu da tarixin yaddaşına köçdü.Bu turda "İnter” komandası paytaxt derbisində "Bakı” komandasını qəbul edirdi.Keçən tur hər iki komanda məğlub olduğu üçün qələbə hər iki komandaya hava-su kimi lazım idi.IX-cu turda "Azal” komandasına böyükhesablı məğlub olmalarına baxmayaraq İnterfanklubunun üzvləri sevimli komandalarına dəstək olmaq üçün tribunada yerlərini tumuşdurlar.Qarşılaşma başlayan kimi İnterfanklubunun dəstəyi ilə "bankirlər” hücumlar qurmağa başladılar və bunun məntiqi nəticəsində oyunun 5-ci dəqiqəsində Danildo Assioli hesabı açdı.Künc zərbəsindən sonra "Bakı” komandasının cərimə meydançasına qaldırılan topu Danildo Assioli gözəl baş zərbəsi ilə tora qovuşdurdu (1:0).Buraxılan qoldan sonra "Bakı” komandasının futbolçuları hesabda tarazlıq yaratmaq üçün irəli atıldılar.Hissəboyu sağ və sol cinahlardan hücumlar qurmağa çalışan "Bakı”lı futbolçuların qarşısını səhvsiz oyun sərgiləyən "İnter”li müdafiəçilər ala bilirdilər və təhlükəli əks-hücumlar qururdular.Belə əks-hücumların birində Marko Şarliya ilə üz-üzə qalan İlia Kandelaki topu qapının üstündən vurdu.Birinci hissənin sonunda Dmitri Kruqlovun baş zərbəsindən sonra top qapının yanından keçdi. İkinci hissə də birincinin davamı oldu.”Bakı” komandasının futbolçularının hücumlar təşkil etmələrinə baxmayaraq "bankirlər”in qapısı önündə real qol vəziyyəti yarada bilmirdilər.”İnter”li futbolçular isə ağılla müdafiə olunub ğz şanslarını gözləyirdilər.Bu minvalla ikinci hissənin yarmsaatı keçdi.Qarşılaşmanın sonuna 15 dəqiqə qalmış "İnter” komandasının futbolçuları "Bakı” komandasının qapısı qarşısında üç real qol vəziyyəti yaratdılar.Petar Zlatinovun zərbəsindən sonra Marko Şarliya topu tuta bilsə də,Bronislav Çervenko və Dmitri Kruqlovun zərbələrindən sonra top qapı dirəyinin bir neçə santimetrliyindən aralı keçdi.Oyunun sonuna 5 dəqiqə qalmış "Bakı” komandasının azarkeşləri komandalarının sərgilədiyi oyundan narazı qalıb "Bakı”nın baş məşqçisi Vinfrid Şeferi istefaya səsləməyə başladılar.Belədə "Bakı” komandasının azarkeşlərinin istefa sədaları altında qarşılaşmanın baş hakimi Vüsal Əliyev oyunun final fitini səsləndirdi və "İnter” komandası paytaxt derbisində "Bakı” komandası üzərində 1:0 hesablı qələbə qazandı. Bu qələbə sayəsində "İnter” turnir cədvəlində iki pillə irəliləyib üçüncü sıraya yüksəldi.
Kaxaber Sxadadze: "İnter bu mövsüm də çempionluq uğrunda mübarizə aparır
"Keçən həftə AZAL-a dəhşətli məğlubiyyətdən sonra bu oyuna çox ciddi hazırlaşmışdıq. Qalib gəldiyimiz üçün şadam. Məni narazı salan komandamın ikinci hissədə müdafiədən oynamasıdı. Erkən qol vurmağımız bizə əlavə üstünlük yaratdı. "İnter" bu mövsüm də çempionluq uğrunda mübarizə aparır. Sona qədər titul uğrunda mübarizə aparacağıq" – bu sözləri "İnter” və "Bakı” komandalarının oyunundan sonra təşkil olunan mətbuat konfransında "İnter” komandasının baş məşqçisi Kaxaber Sxadadze deyib. "Qarabağ"a məğlubiyyətdən sonra komanda üzvləri ilə ciddi söhbətimiz olmuşdu. Futbolçuların bu söhbətdən nəticə çıxartdığının şahidi oldum. Komandam hər top uğrunda vuruşurdu, oyunumuzdan razı qaldım. Təəssüf ki, hücumlarımızı məntiqi sonluqla yekunlaşdıra bilmirdik. Bugünkü qarşılaşmada Azərbaycana gəldiyim dövrdən gördüyüm ən yaxşı hakim idi. Artıq qarşıdakı oyunlara baxacağıq". – bu sözləri "İnter” və "Bakı” komandalarının oyunundan sonra "Bakı” komandasının baş məşqçisi Vinfrid Şefer deyib.
|