Premyer Liqanın X turunda "İnter”in qonağı olacaq "Qəbələ” tarixində 15-ci dəfə bu rəqiblə qarşılaşacaq. İndiyədək komandalar 12 dəfə ölkə çempionatı, 2 dəfə kubokda üz-üzə gəliblər.
Bakıda keçirilən 6 çempionat matçında meydan sahibləri 4 qələbə qazanıb.Top fərqinin 14:4 olduğu görüşlərdə "Qəbələ” yalnız 2 heç-heçə əldə edib. Lakin 7-ci, sayca xoşbəxt səfəri ilk qələbə ilə əlamətdar etmək imkanı da var.
Qəbələdəki çempionat matçlarında 1 dəfə meydan sahibləri, 3 dəfə qonaqlar qalib gəlibsə, top fərqində "Qəbələ” hələ ki, 3:5 hesabı ilə geridədir. Ümumilikdə isə Premyer Liqada "İnter” 7, "Qəbələ” isə 1 qələbəyə sevinib. Daha 4 dəfə sülhlə ayrılan rəqiblərin görüşlərindəki top fərqində 19:7 hesabı ilə bakılılar öndədir.
Tarixdə 1 dəfə təsadüf olunan kubok duelində tərəflərin hərəsi öz meydanında qalib gəlib. Lakin "İnter” öz meydanında 5 cavabsız qolla qalib gələrək yarımfinalın taleyini öz xeyrinə həll edib. Qəbələdəki 2:0 hesablı qələbə isə əyalət təmsilçisini işinə yaramayıb.
Bu isə o deməkdir ki, 15-ci yubiley oyunu üçün Bakıya yollanan "Qəbələ” ilk səfər, ümumilikdə 3-cü qələbəsi və ən azı 10-cu qolunu vurmaq niyyətindədir. Belə ki, əvvəlki 14 matçda 2 qələbəsi, 4 heç-heçəsi və 9 yenilgisi olan qəbələlilər top fərqində də geridədir – 9:24.
2006/07 05.08.2006 Premyer Liqa Gilan (Qəbələ) - İnter (Bakı) 0:0 2006/07 12.02.2007 Premyer Liqa İnter (Bakı) - Gilan (Qəbələ) 2:0 2007/08 02.12.2007 Premyer Liqa Qəbələ - İnter (Bakı) 2:1 2007/08 28.05.2008 Premyer Liqa İnter (Bakı) - Qəbələ 4:0 2008/09 30.08.2008 Premyer Liqa İnter (Bakı) - Qəbələ 1:1 2008/09 07.03.2009 Premyer Liqa Qəbələ - İnter (Bakı) 0:1 2008/09 29.04.2009 Azərbaycan kuboku İnter (Bakı) - Qəbələ 5:0 2008/09 06.05.2009 Azərbaycan kuboku Qəbələ - İnter (Bakı) 2:0 2009/10 26.09.2009 Premyer Liqa İnter (Bakı) - Qəbələ 3:2 2009/10 24.12.2009 Premyer Liqa Qəbələ - İnter (Bakı) 0:1 2009/10 10.04.2010 Premyer Liqa Qəbələ - İnter (Bakı) 1:1 2009/10 15.05.2010 Premyer Liqa İnter (Bakı) - Qəbələ 4:1 2010/11 19.09.2010 Premyer Liqa Qəbələ - İnter (Bakı) 0:1 2010/11 13.11.2010 Premyer Liqa İnter (Bakı) - Qəbələ 0:0
|