"İnter"in kapitanı Vladimir Levin extratime.az saytına verdiyi müsahibədə komanda haqqında və zədəsi barədə bunları dedi. "Bildiyiniz kimi mənim diz nahiyəmdən zədəm var idi və bir balaca lazer əməliyyatına ehtiyac oldu.Amma şükürlər olsun ki hər şey yaxşıdır.Artıq iki ay keçib və getdikcə məşqlərdə yüklənməyə üstünlük verirəm.Dəqiq vaxt deyə bilmərəm ki nə zaman meydana qayıdacam amma çalışacam ki bu tez baş versin.Mənsizdə "İnter" öz oyununu sərgiləyir.Son turlardakı oyun Levinin yoxluğu ilə yox bəxt amili ilə bağlayardım.Lomayanın iki oyunluq yoxluğu haqda isə bunları demək istərdim.Lomaya "İnter"in bir nömrə qapıçısıdır.Lakin Səlahət heç də ondan zəyif qapıçı deyil."Simurq"la oyunda o bunu sübut etdi.Son vaxtlar Ağayev öz üzərində çox çalışır.Qarşıdakı oyunlarda o sübut edəcək ki nəyə qadirdir.Düşünürəm ki Səlahət "1 nömrə"qapıçı ola biləcək.Komandandan gedənlər haqda isə başqa fikirdəyəm düzdü məşqçi yaxşı bilər.Yerli oyunçular alıb hansı ki nə Saşadan nə də Əmiraslanovdan zəyifdir.Amma Çertoqanovun yeri görsənir meydanın mərkəzində o "mühərrik idi"
|