"Bakı” komandası ilə oyun komandanız üçün necə keçdi?
- Bu qarşılaşma turnir cədvəli baxımından hər iki komanda üçün vaacib idi.Hər iki komandanın qələbəyə oynayacağı öncədən məlum idi.Oyuna gəlincə isə qarşılaçma cox gərgin və əsəbi keçdi.Çox şadam ki,bu qarşılaşmada üç xalı "İnter” qazandı.
- Bu oyunda alınan məğlubiyyət "İnter”i turnir cədvəlində yeddinci sıraya sala bilərdi...
- Biz bu oyunda məğlub olsaydıq belə komandamız sonda ilk altılıqda yer alacaqdıq.Lakin biz bu məsələni sonraya saxlamayıb bu qarşılaşmada qələbə qazanmaq niyyətində idik.Bu qələbə ilə biz bir daha sübut etdik ki,”İnter” yüksək yerlər uğrunda mübarizə aparan komandadır.
- Birinci hissədə epizodların birində "Bakı” komandasının qapıçısı topu əlindən buraxıb sizə fərqlənməyə şans yaratdı...
- Həmin epizodda künc zərbəsindən qaldırılan topa rəqib komandanın qapıçısı topa çıxdı.Lakin mən gözləmirdim ki,o səhvə yol verəcək və top mənim önümə düşəcək.Məhz bunz görə həmin epizodda fərqlənə bilmədim. - Buraxdığınız qol epizodunda komandanızın futbolçuları oyunun baş hakimi ilə mübahisə edirdilər...
- Buraxdığımız qolda mənim və komanda yoldaşlarımın böyük səhvi var idi.Komandamızın futbolçuları baş hakimlə mübahisə etdikləri zaman "Bakı” komandasının futbolçuları cəld tərpənib topu oyuna daxil edib qol vurdular.Bu onu göstərir ki,futbolçu meydanda hakimlə mübahisə etmək əvəzinə başını aşağı salıb öz işiylə məşğul olmalıdır.Bir daha deyirəm buraxdığımız qolda komandamızın bütün futbolçularının günahı var idi.
- Məğlub duruma düşəndən sonra qələbə qazanacağınıza inanırdınız?
- Oyunda qələbə qazanacağımız barədə düşünməsəm də qarşılaşmanın heç-heçə bitəcəyinə əmin idim.
- Komandanızın vurduğu ikinci qoldan sonra rəqibi üç dəfə rəqib komandanı əks hücumda yaxalasaz da futbolçular irəli gedib bu şanslardan yararlanmadı...
- 2:1 sürüşkən hesabdır və təbii ki,belə olan halda hesabı qorumaq çox risqli bir addımdır.Həmən şanslardan yararlanıb üçüncü qolu vursaydıq qarşılaşmanın sonu belə gərgin və əsəbi keçməzdi.
- Topun Aleksandr Çertoqanovun əlinə dəydiyi epizod barədə nə deyə bilərsiniz?
- Həmən epizodda top Aleksandr Çertoqanovun başından sürüşüb əlinə dəydi.Orada əl topu yox məhz top əli tapmışdı və buna görə oyunun baş hakimi düzgün qərar qəbul edib 11 metrəlik cərimə zərbəsi təyin etmədi.
- Gələn tur "İnter” komandası "Gəncə”ni qəbul edəcək...
- "Gəncə” yaxşı futbolçulardan qurulmuş komandadır.Birinci dövrədə bu komandaya məğlub olduğumuzu nəzərə alsaq bu oyuna yalnız qələbə üçün çıxacayıq.”Azal” və "Bakı” komandalarına qarşı sərgilədiyimiz oyunu göstərə bilsək "Gəncə”ni evə əliboş yola salcayıq.
mənbə interfan.az
|