"İnter”in müdafiəçisi Valeri Abramidze müsahibəsində "Qarabağ” ilə oyun və növbəti tur "Neftçi” komandası ilə qarşılaşma haqqında danışıb. - Son turda qarşılaşdığınız "Qarabağ” komandası ilə oyundakı heç-heçə komandanızı liderdən dahada uzaqlaşdırdı...
- Bu oyunda son dəqiqədə vurulan qol olmasaydı "İnter” qarşılaşmada məğlub olacaqdı.Buna görə də heş-heçəni yaxşı nəticə hesab edirəm.”Qarabağ” oyunu yüksək səviyyədə keçirdi və hesabda önə keçəndən sonra qapısının toxununulmamazlığına daha çox diqqət ayırmağa başladı.
- Siz hesab edirsiniz ki,qarşılaşmada rəqib sizdən güclü idi?
- Xeyir,mən belə hesab etmirəm.Komandamız oyunda hücumlara fəal qoşulsada yaradılan qol vəziyyətlərindən yararlana bilmədi.Lakin Baçananın son dəqiqədə vurduğu qol komandamıza bir xal qazandırdı.Mən bu oyundakı heç-heçəni ədalətli nəticə hesab edirəm.
- Komandanın oyununu kənardan izləmək ağır deyil ki?
- Çox ağırdır.Heç bir futbolçu komandasının oyununu kənardan izləmək istəməz.Digər tərəfdən mənim yoxluğum "İnter” üçün böyük problem yaratmamalıdır.Komandamızda məni layiqli əvəz edə biləcək müdafiəçilər var.
- Sizə elə gəlmir ki,”İnter”də özünəinam hissi azalıb?
- Bundan faciə eləmək lazım deyil.Hər bir komanda eniş dövrü yaşayır.Bundan əlavə biz premyer-liqanın ambisiyalı komandaları olan "Neftçi”,”Qəbələ” və "Xəzər lənkaran”a məğlub olmuşuq.Sadəcə oyunlarda bəxt də bizdən üz döndərir və hal-hazırda olan nəticələr futbolçular üzərində heç bir təzyiq yaratmır.Komandamızın futbolçuları ruhdan düşmür və anlayırlar ki,yaxşı oyun sərgiləməklə nəticələrimizi yaxşılaşdırmaq lazımdır.Mənim fikrimcə "İnter” mövsümün sonunda azarkeşlərini sevindirəcək.
- Növbəti tur çempionatın lideri olan "Neftçi” komandası ilə qarşılaşacaqsınız...
- "Neftçi” lider olmağa layiq komandadır və onlar demək olar ki,bütün əsas rəqibləri üzərində qələbə qazanıblar.Buna görədə onların liderliyi qanunauyğundur.Amma bu növbəti turdakı qarşılaşmada "İnter”in məğlub olacağı anlamına gəlmir.Biz "Neftçi”ni bu mövsüm iki dəfə məğlub etmişik və bu komanda ilə oyuna yaxşı nəticə əldə etməyə çalışacayıq.Sadəcə son uğursuzluqları unudub bu qarşılaşmaya köklənmək lazımdır.Mən öz komandama inanıram və biz çempionluq mübarizəsinə intriqa qatacaq gücdəyik.
- "Neftçi” üçün hansısa bir sürpriz hazırlamısınız?
- Xeyir.Hər iki komanda biri-birini yaxşı tanıyır.Biz meydanda öz oyunumuzu nümayiş etdirəcəyik.
- "Xəzər lənkaran” komandası ilə oyunun mübahisəli epizodlarını analiz etmisiniz?
- Mən bu barədə danışmaq istəmirəm.İntizam Komitəsi bu barədə öz qərarını verib və bu mövzü qapanıb.Mənim bir oyunluq cəzam qalıb və bundan sonra yaşıl meydana dönüb komandama kömək etmək istəyindəyəm.
Mənbə: ExtraTime.az
|