Moldovalı yarımmüdafiəçi klubunun saytına Premyer Liqanın XVIII turu çərçivəsində "İnter”lə keçiriləcək oyun barədə də fikirlərini bildirib: "Növbəti oyun daha da məsuliyyətlidir. Çünki biz çempionatın əvvəlində çox xallar itirmişik. Ona görə də bizim üçün "İnter” və ya MOİK-ə qarşı oyunlar arasında heç bir fərq yoxdur. Bizə bütün oyunlarda qələbə lazımdır. Əsas məqsədimiz xal qazanmaqdır. Çalışacağıq ki, "İnter”ə qarşı yaxşı oyun göstərib, qələbə qazanaq. "İnter” güclü rəqibdir, maraqlı oyun olacaq”.
mənbə apasport.az
|