İyulun 19-da "İnter” UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununa çıxacaq. Fanat.az xəbər verir ki, bu matçda "bankirlər” Yunanıstanın "Asteras Tripolis” klubuyla qarşılaşacaq. Matçdan bir gün əvvəl(iyulun 18-i) "Dalğa Arena”da hər iki klubun mətbuat konfransı baş tutacaq. "İnter”in baş məşqçisi Kaxaber Tsxadadze mətbuat önünə saat 19.30-da çıxacaq, "Asteras”ın mətbuat konfransı isə saat 20.30-da başlayacaq.
|