"Sumqayıt" - "İnter" qarşılaşmasının vaxtı dəqiqləşdi.14 sentyabr tarixində keçiriləcək görüş 17:00-da start götürəcək. "İnter" - "Bakı" oyununda baş verən qalmaqaldan sonra "bankirlər" oyunun təxirə salınmasını istəmişdilər. "İnter" qalib gələcəyi təqdirdə xalını 9-a çatdıra bilər. "Sumqayıt" son turda əzmkar mübarizə apararaq "Qarabağ"la heç-heçə etməyə nail olmuşdu.