Tsxadadzenin "İnter"dəki taleyi "Simurq"la oyundan asılıdır Cari mövsüm üç oyundan topladığı cəmi üç xalla autsayderlər qrupunda yer tutan "İnter"də işlər heç də qaydasında getmir. Ötən həftə Gürcüstanda təlim-məşq toplanışında olan "bankirlər"də bu həftə "Simurq"la oyundan sonra bəzi dəyişikliklər ola bilər. Söhbət baş məşqçi dəyişikliyindən gedir. Klub rəhbərliyi cari mövsüm uğursuzluğu məhz Kaxaber Sxadadzedə görür. Premyerliqa.az xəbər verir ki, "Simurq"un çalışdırıcısı Sergey Yuran "İnter"ə baş məşqçi təyin oluna bilər. Kaxabaer Sxadadzenin başçılıq etdiyi "İnter" bu həftə "Simurq" qarşısında hər hansı bir uğursuzluqla qarşılaşacağı halda gürcü mütəxəssisin işinə son veriləcək.
Bu səbəbdən də "kiçik qardaş" "İnter"ə heç bir güzəştə getməyərək yalnız qələbəyə oynayacaq.