"Hamı da bilər ki..."
Sloveniyadakı hazırlıq dönəminin son günlərində zədələnərək sıradan
çıxan "İnter"in oyunçusu Samir Zərgərov Premyer Liqada artıq 4-cü
turu da kənardan izlədi. Hazırda Gürcüstanda təlim-məşq toplanışında olan
"bankirlər" iki gün sonra yoldaşlıq oyununda qüvvəsini sınayacaq.
Zədəsini sağaltmaq üzrə olan yarımmüdafiəçinin yoxlama oyununda meydançaya
çıxacağı gözlənilir.
Zərgərov artıq komanda ilə məşqlərə başlayıb.
Saytımıza açıqlamasında özünü normal hiss etdiyini dedi: "Hər şey yaxşıdı,
komanda ilə birgə məşqlərə başlamışam. Ayağımda bir az ağrılar var, ancaq həkim
deyir ki, adi haldı, keçəcək".
Zədəli olduğuna
görə milli komandanın da toplanışından uzaq düşən futbolçu maraqlı açıqlama ilə
yadda qaldı: "Millidən ancaq uğurlu nəticələr gözləyirəm. İnşallah, qələbə
qazanarlar. Hamı da bilər ki, həqiqətən futbolumuz inkişafdadır". Mənbə:premyerliqa.az
|