"Neftçi" ilə oyuna hazırlıq yaxşı gedir. Baş məşqçi Kaxaber Tsxadadzenin məşqi həmişə planlı şəkildə olur. Son turlardakı uğursuzluğa son qoymaq üçün ikiqat güclə hazırlaşırıq".Bu sözləri "İnter"in futbolçusu Rövşən Əmiraslanov deyib. Gənc futbolçu "Neftçi" ilə oyunda qələbəyə inandıqlarını bildirib: "Futbolçularda qələbəyə inam var. Nədənsə çempionluq bizdən uzaq düşüb. Avrokubolara düşmək şansımız var. Ən azı bunun üçün oynayacağıq. Hələ heç nə itirilməyib. "Neftçi"ni məğlub edib uğursuzluğa son qoymaq istəyirik". "Hər oyunu təhlil edirik. "Neftçi"nin də oyunlarına baxıb, təhlil etmişik. "Neftçi"də ümumilikdə bir-iki güclü futbolçu var ki, onların qarşısını alsaq, rəqib hərəkət edə bilməz. Flavinyo və Rodriginyo oyunun nəticəsinə təsir edəcək oyunçulardı. Yaxşı kollektiv oyun nümayiş etdirirlər", deyə Rövşən əlavə edib.
Fanat.az
|