"Turan"la görüşdə oyunumdan razı qalıb-qalmadığımı deyə bilmərəm. Çıxışıma daha real qiyməti baş məşqçi verə bilər. Ancaq onu deyə bilərəm ki, gücüm çatanı etməyə çalışdım. Komandaya kömək etməyə cəhd göstərdim. Buna nail olduğumu isə deyə bilmərəm".bu sözləri "İnter"in futbolçusu Rövşən Əmiraslanov deyib. Futbolçu "Muğan"la oyunda "İnter"in favorit olduğunu bildirib: "Muğan" güclü, yaxşı formalaşmış komandadı. Birinci dövrədə onlar bizə kifayət qədər başağrısı oldular. Bu klubun böyük potensialı var. Lakin oyunda favoritin "İnter" olduğunu düşünürəm. Biz bu qarşılaşmaya yaxşı hazırlaşmışıq. Meydana qalib gəlmək üçün çıxacağıq". Yarımmüdafiəçi Salyandakı meydançasının yaxşı vəziyyətdə olmamasını ciddi problem saymır: "Bilirəm ki, "Muğan"ın meydanı idealdan uzaqdı. Ancaq hesab edirəm ki, bu, "İnter"ə az mane olacaq. Ona görə ki, təbii ot örtüyünə uyğunlaşmaq üçün neçə gündür Zabrat qəsəbə stadionunda məşq edirik. Demək olar ki, komanda kələ-kötürlü meydançanın bütün xüsusiyyətlərinə artıq tam uyğunlaşıb".
Əmiraslanov start heyətində yer almasa belə, özünü komandaya kömək etməyə hazır sayır: "Əsas heyətdə meydana çıxıb-çıxmamağımı baş məşqçi həll edir. "İnter" elə komandadı ki, hamıya şans verilir. Yalnız ondan istifadə etməyi bacarmaq və baş məşqçinin etimadını qazanmaq lazımdı. Əgər əsas heyətdə çıxaramsa, nəyə qadir olduğumu göstərəcəyəm. Ehtiyatda qalaramsa, əvəzetməyə çıxmağa və komandaya kömək etməyə hazıram".
inter.az
|