"Bankirlər" Roşanın xidmətində maraqlıdır Dieqo Souzanın
keçidini həll edən "İnter" daha bir braziliyalı ilə müqavilə imzalamağa
hazırlaşır. "Standard" və "İnter"də olarkən Kaxaber Tsxadadze ilə bir
yerdə işləyən Leonardo Roşa keçmiş klubuna geri dönə bilər. Hazırda Gürcüstanda təlim-məşq toplanışında olan "İnter" braziliyalını geri qaytarmaq üçünü artıq danışıqlara da başlayıb. Ötən mövsümü "Bakı"nın heyətində keçirən Roşa, baş məşqçi Aleksandr Starkovun göstərişi ilə komandadan uzaqlaşdırılmışdı. "İnter" yaxın günlərdə Roşa ilə ortaq məxrəcə gələrək, rəsmi müqavilə imzalayacaq. Mənbə:penalti.az
|