INTER FAN KLUBUNDAN DESTEK ISTEYIRIK AZERKEWLER BIZLERE DESTEK OLUNMASINI ISTEYIRIK>.COX SAQOLUN Biz "Xəzər Lənkəran” azarkeşləri olaraq "Muğan” - "Xəzər Lənkəran” oyununda ədalət təmsilçisi qismində olan hakimlər briqadasının əməllərini pisləyirik. Oyun başlayan kimi "Xəzər Lənkəran”ın futbolçularına yersiz olaraq ardıcıl sarı kartlar göstərərək, "Muğan” komandasının xeyrinə qərarlar verməklə,rəqibin qapısına penalti təyin etməli olduğu haqlda futbolçumuza alladıcı hərəkətə görə sarı kart göstərməklə,oyunun sonunda qol vurmaq şansını dəyərləndirmək istəyində olan futbolçumuza yersiz olaraq əllə oyuna görə sarı kart verməklə, ümumilikdə "Xəzər Lənkəran”a qarşı qərəzli mövqe tutduğunu göstərmişdir.Bir neçə gün əvvəl həmin "Muğan” komandasının "Neftçi” ilə oyununda ofsaydda olan futbolçu ilə qapıçının toqquşmasına görə penalti verilməsi televiziya vasitəsi ilə canlı yayımda bütün ölkədə izlənildi.Onu da qeyd edək ki,həmin bu "Muğan” komandası oyun boyu "Neftçi”dən üstün olsa da hesabı bərabərlişdirə bilməmişdi.Sentyabrın 18-də isə "Xəzər Lənkəran”ın tam üstünlüyü ilə keçən oyunda "Muğan” komandası tamamilə müdafiəyə çəkilmişdi.Qapısında qol görməməsinə görə isə "Muğan” klubu baş hakim Anar Salmanova minnətdar olmalıdır. Anar Salmanov ötən mövsümdə Lənkəranda keçirilən "Xəzər Lənkəran” – "Qarabağ” oyununda bacarığını ortaya qoymuş və oyunu ədalətlə idarə etmişdi.Çünki həmin oyunda ona sifarış verilməmişdi.Amma bu futbol mövsümündə hər şeyin "Neftçi”nin çempionluğuna hesablanması artıq göz qabağındadır.Eyni komandanın "Neftçi”dən üstün olub haqsız penalti hesabına məğlubiyyətə düçar olması,bir neçə gün sonra isə "Xəzər Lənkəran”dan zəif çıxış edərək haqsız qərarlar hesabına məğlubiyyətdən yaxa qurtarması yalnız bizim futbolda mümkündür. Ölkə futbolunda olan xəstə təfəkkürdən imtina etmənin vaxtı çatmışdır. "Neftçi” klubuna bunca imtiyazlar heç bir məntiqə sığmadığı kimi "Xəzər Lənkəran”a qarşı da qərəzçiliyə son qoyulmalıdır.AFFA-nın hakimlər komitəsində,hakim inspektorlar komitəsində və PFL-də özlərinə yer tutan və güya Azərbaycan futboluna xidmət göstərmiş insanlar anlamlıdırlar ki, nə vaxta qədər futbolumuzun gələcəyini,futbolumuzun keçmişi olan "Neftçi” ilə bağlasalar inkişaf olmayacaq.İnkişaf sağlam rəqabətlə bağlıdır ki,bu rəqabətdə qərəzçiliyə yer yoxdur. Biz "Xəzər Lənkəran” azarkeşləri olaraq, "Xəzər Lənkəran” klubuna və onun azarkeşlərinə bunca hörmətsizliyə göz yummayacağıq və bütün vasitələrdən istifadə edərək etirazlarımızı davam etdirəcəyik. Hər oyunda kluba lazımsız cərimələr tətbiq etməklə müxtəlif təzyiq vasitələri də artıq həddini aşıb.Belə davam edərsə "Xəzər Lənkəran” klubunun fəaliyyətinin dayandırılması haqda klub rəhbərliyinin qarşısında məsələ qaldırmağımız da gündəmdədir. Ölkənin futbol ictimaiətini,idman mətbuatını və əsl futbol azarkeşlərini ədalətsiz hakimliyə qarşı etiraz səsimizə səs verməyə dəvət edirik.
|