"Çətin oyun keçdi. Belə olacağını əvvəlcədən bilirdik".bu sözləri "Qəbələ" ilə oyunla bağlı danışarkən "İnter"in oyunçusu Petar Zlatinov deyib.
Bolqar futbolçu meydana qələbə üçün çıxdıqlarını bildirib: "Qələbə qazanmaq istəyirdik. Turnir cədvəli baxımından bu bizə lazım idi. Belə olan halda bu tur itirən "Xəzər Lənkəran"a yaxınlaşacaqdıq. Amma alınmadı. Hesabda önə keçsək də rəqib bərabərliyi təmin etdi".
Fanat.az
|