"Mövsümün startında vacib xallar itirdik. Buna görə də liderlərdən geri düşdük və çempion adını qazana bilmədik. Yaxşı ki, sona doğru toparlanaıb Avropa Liqasına vəsiqə əldə etdik”.
Bu sözləri "İnter”in bolqarıstanlı yarımmüdafiəçisi Petar Zlatinov deyib. O, qarşılarında duran əsas məqsədin Avropa Liqasında layiqli çıxış olduğunu desə də, püşkdən də çox şeyin aslı olduğunu bildirdi: "Təbii, Avropa Liqasına çıxmışıqsa, deməli, məqsədimiz bacardığımız qədər uzağa getməkdi. Ancaq o da faktdır ki, bu cür yarışlarda püşkdən də çox şey aslı olur. Ümid edirəm ki, bu tərəfdən də bəxtimiz gətirəcək”.
Qeyd edək ki, "İnter” Premyer Liqanın son turunda "Bakı”Nı 1:0 hesabıyla məğlub etməkləAvropa Liqasına vəsiqə qazandı. Mənbə:Qol.az
|