Главная » 2011 » Dekabr » 3 » Oyu öncəsi hər iki komandanın düşərgəsində baş verənlər.
15:36
Oyu öncəsi hər iki komandanın düşərgəsində baş verənlər.
Sabah Lənkaranda baş tutacaq "Bitməyən Derbi" də üz üzə gələcək "Xəzər Lənkaran" və "İnter" komandaları arasında görüş öncəsi hər iki düşərgədə oyunçular haqqında və stadionun durumu haqqında maraqlanlar üçün bir araşsdırma.
"İnter" komandası Zədəli olan Petar Zlatinov və Asif Məmmədov artıq sıralara qayıdıb.Çox güman ki bu oyun da hər iki oyunçunu görə biləcəyik.Amma bunun əvəzində gürcü müdafiəçi İlia Kandelaki sarı kart limitini doldurma səbəbindən bu derbi oyunun kənardan izləməli olacaq.Amma əvəzində son zamanla ideal formada olan lakin əvəzləmədən meydana çıxıb vacib qollar vuran Samir Zərgərov start heyyətində meydana çıxacaq.
"Xəzər Lənkaran"
Derbi öncəsi yağan qar lənkaranlıların işini bir az artırıb.Beləki stadionu qardan təmizləmək üçün səfərbər olan rəhbərlik buna nail olub. Oyunçulara gəldikdə isə son turlar qolları ilə azarkeşlərini sevindirən Katalin Doman bu oyunu buraxmalı olacaq.Bundan əlavə Rusiç də oyunu kənardan izləməli olacaq.Son məlumata görə Branimir Subaşiçdə zədəli duruma düşüb.
Xatırladaq ki oyun sabah saat 16:00 da start götürəcək.