"Tamaşa "marionet teatrı"na bənzəyirdi” "İnter”in prezidenti Georgi Nikolov kifayət qədər sərt şəkildə Premyer Liqanın 26-cı turunun "Neftçi” ilə oyunundakı hakimliyi tənqid atəşinə tutub. Agligoylu.tkxəbər verir ki, "bankirlər”in prezidenti klubun rəsmi saytındakı guşəsində bunları vurğulayıb:
"Aprelin 9-da "Şəfa"da baş verən həngaməni əminliklə ən yaxşı komediya nümunələri sırasına qatmaq olar. Elə anlar olurdu ki, bütün stadion "aktyor"ların məzhəkələrinə uğunurdu.
Düzdü, tamaşa "marionet teatrı"na bənzəyirdi, iplər yaxşı görünürdü, bəzən komiklər "səhnə"də itirdilər. Ancaq necə deyərlər - bu canlı tamaşanın xətalarıdı, səhvlər isə pyesin gedişində düzələ bilər.
Ən nəhayət, dəbdəbəli sarı geyimli arlekinlər dramaturgiyanı ssenarist və rejissorun dodaqlarından diqqətlə oxuyaraq öz "Oskar"larını aldılar”.
Əfqan Həmzəyev: "Nikolov bizə yaxınlaşaraq əlimizi sıxdı və yaxşı hakimliyə görə minnatdarlığını bildirdi"
Fanat: "İnter” - "Neftçi” oyunundakı idarəçiliyi ilə bir anda gündəmi zəbt edən Əfqan Həmzəyeb nəhayət dilə gəlib.çimərlik futbolu üzrə FİFA referisi ittihamları cavablandırıb. "Oyunun videoyazısına baxmışam. Bir daha əmin oldum ki, heç bir səhvə yol verməmişəm. Penalti epizoduna gəlincə, düzgün qərar qəbul etmişəm. Cərimə meydanşasında əllə oyun - nə qərar verməliydim? Bir şeylə razılaşıram ki, Mjavanadzeyə ikincı sarı vərəqəni göstərməyə bilərdim”. Əfqan Həmzəyev oyundan sonra "İnter” tərəfindən heç bir təzyiqlə üzləşmədiyini deyir: "Hər şey yaxşı oldu. Futbolçular və məşqçilər mənə heç nə demədilər. Bu azmış kimi, Georgi Nikolov bizə yaxınlaşaraq əlimizi sıxdı və yaxşı hakimliyə görə minnatdarlığını bildirdi.
fanat.az
|