Premyer Liqanın III turunda "Xəzər Lənkəran"ın qonağı olacaq "İnter" ciddi itki ilə üzləşib.Komandanın əsas müdafiəçilərindən biri olan Vladimir Levin zədələnib. Məşq zamanı zədə alan yığmanın müdafiəçisi şənbə günü Lənkəranda keçiriləcək oyunu kənardan izləyəcək. Məlumatı "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze verib. Qeyd edək ki, "Xəzər Lənkəran" - "İnter" oyunu avqustun 21-də Lənkəran şəhər mərkəzi stadionunda keçiriləcək və saat 20.00-da başlayacaq