Xəbər verdiyimiz kimi,komandamız Lənkəran stadionunda yerli komandayla qarşılaşmış və 0:1 hesabıyla "Xəzər-Lənkəran" komandasına qalib gəlmişdi.
Oyundan sonra stadionda xoşagəlməz insident baş vermişdir. Belə ki, tribunadan atılan bərk əşya komandamızın baş məşqçisi Kaxaber Tsxadadzenin başına dəymiş və təcrübəli mütəxəssis ciddi xəsarət almışdır. Komandamızın həkimləri hadisə yerində K.Tsxadadzeyə təcili yardım göstərmişlər. Bu səbəbə görə baş məşqçimiz oyunsonrası mətbuat konfrasında iştirak edə bilməmiş, onu köməkçisi Giorgi Çixradze əvəz etmişdir.
"İnter" PİK-in rəhbərliyi baş vermiş hadisəni pisləyir və belə insidentlərin bir daha təkrarlanmaması üçün müvafiq qurumların lazımi tədbirlər görəcəyinə ümid edir. Azarkeşlərin narahatçılığını nəzərə alıb gecə saatlarının olmasına baxmayaraq araşdırmalarımızı başladıq.Əldə olunan məlumata əsasən "İnter2 komandasının baş məşqçisi Kaxaber Sxadadzenin vəziyyəti normaldır.Bir-iki gün müalicəsini davam etdirən baş məşqçi göstərilən müddətdən sonra funksional vəzifələrinin icrasına başlayacaq.
|