"Ciddi-cəhdlə məşq edirik və "Xəzər Lənkəran"la oyuna hazırlaşırıq. Çətin oyun olacaq. Buna görə matça yaxşı hazırlaşmalıyıq". bu sözləri "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze deyib. Gürcü mütəxəssis bidirib ki, "Xəzər Lənkəran"a qarşı oynamaq həmişə çətin olub: "Xəzər Lənkəran"a qarşı oynamaq həmişə çətindir. Onların yaxşı komandaları var. Bir neçə taktiki sxemi nəzərdən keçiririk". "Rəqibi nəyləsə təəccübləndirməyə hazırlaşmıram. Sadəcə, maksimum dərəcədə diqqətli oynamağa çalışacağıq. Onların bir çox müsbət tərəfləri var ki, biz rəqib komandanı onlardan məhrum etməliyik. Oyunda çox fiziki mübarizə olacaq, həmçinin biz standard vəziyyətlərə də daha çox diqqət ayırmalıyıq", deyə Tsxadadze əlavə edib
|