"İlk hissədə aqressiv oynadıq, xüsusilə cinahlarda yaxşı oyun nümayiş etdirdik. Hücumda bir az tələsirdik, gənc futbolçuların çoxlu fikirləri olur, bu da çox vaxt aparır".Bu sözləri "Xəzər Lənkəran"la oyundan sonra "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze deyib. Gürcü çalışdırıcı "Xəzər Lənkəran"ın ikinci yarıda daha yaxşı oynadığını bildirib: "İkinci hissədə "Xəzər Lənkəran" daha yaxşı oynadı, təşəbbüsü ələ aldı. Bu qələbə turnir cədvəlindəki mövqeyimiz baxımından bizə çox lazım idi. "Xəzər Lənkəran" layiqli oyunla birinci yerdədi".
|