"Turan” və ”MOİK” komandalarından sonra "İnter” səfərdə "Xəzər Lənkaran” komandası ilə qarşılaşacaq.Oyunqabağı "İnter” komandasının baş məşqçisi suallarımızı canablandırdı.
- III-cü turda sizi bu mövsüm ilk ağır oyunnunz olacaq...
- Niyə siz "Turan” və "MOİK” komandalarını ciddi rəqib kimi qəbul etmirsiniz?Hamı gördü ki,bu komandalar bizə qarşı necə əzmkar mübarizə apardılar.Mənim fikrimcə bu komandaları aytsayder kimi qələmə vermək düzgün deyil.
- Onda sualı belə qoyaq.Sizi daha səviyyəli komanda ilə qarşılaşma gözləyir.Oyuna hazırlıq necə gedir?
- Hər şey qaydasındadır,bu oyuna plan üzrə hazırlaşırıq.Üçüncü turda təbii örtüklü meydançada oynayacağımızı nəzərə alıb məşqləri Zabrat qəsəbə stadionunda keçiririk.Çox təəssüf ki,məşqlərin birində komandamızın kapitanı Vladimir Levin zədələndi.Onun zədələnməsi "İnter” komandası üçün böyük itkidir.
- Vladimir Levinin zədəsi nə dərəcədə ciddidir?
- Futbolçunun zədəsi ciddidir və mənim fikrimcə onun sağalıb meydana qayıtması üçün 3-4 həftə vaxt lazımdır.
- Levinin mövqeyində oynadacağınız futbolçunu müəyyənləşdirmisiniz?
- Ad çəkmək istəmirəm,amma bu mövqedə oynaydacağım futbolçunu müəyyənləşdirmişəm.
- Real baxanda komandanızda bu mövqedə oynaya bilən iki futbolçu var.Bunlar Jivko Jelev və Valeri Abramidzedir.
- Çox güman ki,meydana Jivko Jelev çıxacaq.
- Komandada baçqa problemlər var?
- Levindən əlavə Nizami Hacıyev də zədəlidir.Onun zədəsinin nə dərəcədə ciddi olması barədə məlumatım yoxdur,lakin lənkaranda meydana çıxmaması dəqiqdir.Çempionatda 8+3 limiti olduğu zaman iki yerli oyunçunun zədələnməsi komanda üçün böyük itkidir.
- "Xəzər Lənkaran” komandasının oyunlarına baxmısınız və bu komanda sizdə hansı təəssüratlar yaradır? - Mən bu komandanın oyunlarına baxmışam.Bu komanda mövsümlərarası fasilədə çox dəyişilib.”Xəzər Lənkaran” komandasının oyun tərzi və meydanda edilən taktiki gedişləri tam dəyişib.Demək olar ki,keçən ilki komandadan praktiki heç nə qalmayıb.Komandaya yeni gələn məşqçi komanda üçün çox iş görüb.
- Deməli rəqib komanda yaxşı yöndə dətişilib?
- Bu ilki "Xəzər Lənkaran”ın ustalıq səviyyəsinə qiymıt vermık istımirım,bircə onu deyə bilərəm ki,komandadakı dəyişikliklər nəzərə çarpır.Rəqib komandanın heyətində bizə çətin anlar yaşada bilən futbolçular var.Mən əminəm ki,hər iki klubun azarkeşləri komandaların ifasında gözəl və baxımlı futbol görəcəklər.
- Sizin son transverlərinizdən biri "Xəzər Lənkaran” komandasının keçmiş oyunçusu Mario Souzadır.Bu qarşılaşmada onu meydanda görə biləcəyik?
- Mario komandamızın oyun üslubuna çox qısa bir zamanda uyğunlaşdı.”Bakı” koamandasına qarş oyunda o ilk oyununa çıxdı və özünü çox yaxşı tərəfdən göstərdi.Marionun əsas heyətdə meydan çıxması barədə dəqiq bir söz deyə bilmərəm.Komandamız bu oyuna meydana qələbə üçün çıxacaq və buna görədə meydana hazırlıq səviyyəsi yüksək olan oyunçular çıxacaq.
mənbə interfan.az
|