"İnter”in baş məşqçisi Kaxaber Tsxadadze klubun rəsmi saytına verdiyi müsahibədə "Neftçi” ilə qarşılaşma və hakimlik barədə danışıb.Sxadadze həmin görüşdə hakimlərdən narazı qaldığını bildirib:
-Öncə "Neftçi”ilə oyun barədə danışmağınızı istərdik. Görünürdü ki, komanda çempionatın liderilə qarşılaşmaya yaxşı hazırlaşmışdı... -Nəticələr planında son zamanlar komandamız kifayət qədər uğursuz çıxış edir. Ancaq, səmimi desəm, oyun planında böyük müvəffəqiyyətsizliyimiz yoxdur. Tez-tez fərdi səhvlər yaranır ki, onlardan da əziyyət çəkirik və qol buraxırıq. Bundan başqa, qol vəziyyətlərinin yerinə yetirilməsində böyük problemlərimiz yaranır. Bu komponentdə işimiz ötən mövsümlə müqayisədə hissediləcək dərəcədə pisləşib. İndisə "Neftçi”ilə oyun barədə. Bu komanda kifayət qədər güclüdür və yaxşı komplektləşdirilib. Onlar yaxşı seleksiya işi aparıblar. "Neftçi” yaxşı komanda ruhuna malikdir, onların hərəkətlərində böyük inam və böyük arzu görünür. Bunların hesabına onlar turnir cədvəlində birinci yerdədirlər.
"Neftçi” ilə matçda biz oyunu yaxşı təşkil etmişdik və qoldan sonra uğurla təşəbbüsü verib, rəqibi əks-hücumlarda yaxalamağa çalışdıq. Bundan başqa, qarşılaşmanın lap əvvəlində biz onları pressinqlə təəccübləndirdik ki, bu da öz nəticələrini verdi. Biz oyun tərzini bir qədər dəyişdirdik və çempionat liderinin hadisələrin belə inkişafına hazır olmadığı müşahidə edildi. Bizim komanda "Neftçi”nin müdafiəçilərinin arxasından ötürülən uzun ötürmələrdən fəal istifadə etdi. Belə vəziyyətdən qol vurmağı və bir neçə təhlükəli vəziyyət yaratmağı bacardıq. Uzun ötürmədən sonra Rövşən Əmiraslanov qapıçıyla təkbətək qaldı, cərimə meydançasında rəqibin müdafiəçisi Denis Silva əli ilə oynadı. Bir sözlə, həyata keçirilmiş dəyişikliklər uğurlu oldu. Məni narahat edən yeganə məsələ hakimlik oldu. Bunu mən oyundan sonra klubun sahibinə dedim. Burada məsələ heç də qapımıza təyin olunan 11 metrlik cərimə zərbəsində deyil. Hakim sadəcə bizə oynamağa imkan vermədi! Daimi səslənən fitlər oyunu tormozladı və tempi öldürdü. Düşünürəm ki, bundan keyfiyyətli və maraqlı oyun gözləyən tamaşaçı da zərər çəkdi. Bunun əvəzindəsə saysız-hesabsız lazımsız fitlər aldı. Hakim tamamilə özbaşınalıq yaratdı. Onun hakimliyi, xüsusilə də ikinci hissədə, hər hansı bir tənqiddən aşağıdır. Onu deyə bilərəm ki, hakim səhvlərilə ilk dəfə qarşılaşmırıq. Bir daha əlavə etmək istəyirəm ki, əgər insan törətdiyi xətalara görə məsuliyyət daşımayacaqsa, o zaman onları gələcəkdə də mütləq təkrarlayacaq. Oyunsonrası mətbuat konfrasına gəlməməklə mən hakimliyə qarşı etirazımı bildirdim.
Məni gözləyən Arif Əsədovdan və jurnalistlərdən üzr istəyirəm. Mənim addımım heç bir halda onlara qarşı hörmətsizlik kimi təfsir edilə bilməz. Fürsətdən istifadə edərək "Neftçi”nin baş məşqçisinə, bütün komandaya və yerli futbolu işıqlandıran bütün jurnalistlərə böyük hörmətimi bildirmək istəyirəm. İki gün Bakıda olmamışam və buna görə üzrxarlığımız yalnız indi bildirirəm.
-Artıq həftənin sonunda komandanı "Xəzər-Lənkəran”la çətin qarşılaşma gözləyir...
-Təəssüf ki, biz təbii ot örtüyündə məşqlərə keçə bilmədik. Ona görə ki, "Zabrat” stadionundakı qazon lazımi səviyyədə deyil. Buna görə də "Şəfa” stadionunda hazırlaşağacaq ki, bu da Lənkəranda baş tutacaq qarşılaşmanın başlanğıcında hansısa diskomfort yarada bilər. Sualdan bir qədər kənara çıxaraq futbol meydançaları barədə danışmaq istərdim. İstirahət günlərində Gürcüstan çempionatının liderləri arasında keçirilən oyunu izlədim. Futbol meydançası o qədər yaxşı vəziyyət idi ki, komandalara oynamağa kömək etdi. İstərdim ki, Azərbaycanda da infrastruktur yaxşılaşdırılsın, yeni baza və hamar meydançaları olan stadionlar tikilsin. Axı, bu, futbolun inkişafında ən vacib faktordur. Yalnız bundan sonra biz avrokuboklarda uğurlara çata bilərik. Axı, qazonların yaxşılaşdırılması bizə indi təəssüf ki, çatışmayan daha az sayda toxunmalarla sürətli futbol oynamağa imkan verəcək. Qaldı ki, rəqibə, onlara böyük hörmətlə yanaşıram. "Xəzər-Lənkəran” güclü futbolçulara və böyük potensiala malik komandadır. Biz artıq qarşıdakı matçlara hazırlaşmağa başlamışıq və gün ərzində iki dəfə məşq edirik. Qarşılaşma çox mürəkkəb olacağını vəd edir, lakin mən zəmanət verirəm ki, komanda "Neftçi” ilə oyunda olduğu kimi, fədakarlıqla mübarizə aparacaq. Yeganə istədiyim məsələ odur ki, baş hakim işinin öhdəsindən gələ bilsin və komandalara yaxşı oyun nümayiş etdirməyə imkan versin. Yeri gəlmişkən, bununla bağlı "Neftçi” ilə oyun ərəfəsində də demişdim. Çempionat bizim üçün uğursuz alındı, lakin qalan oyunlarda vəziyyəti dəyişdirməyə və imicimizi saxlamağa çalışacağıq. Qarşıdakı matç bu planda bizim üçün çox vacib olacaq.
|