Hazırda vətənində olan "Bakı” klubunun latviyalı baş məşqçisi Aleksandr Starkov problemlə üzləşib. həm də Latviya milli komandasına rəhbərlik edən mütəxəssis Avro-2012-nin qarşıdakı seçmə oyunları ərəfəsində daha bir itki ilə üzləşib. Latviya yığmasının Rusiya MOİK-ində çıxış edən ulduzu Aleksandr Saunya zədəsini tam sağaltmamış Bakının "İnter” klubunun üzvü Girts Karlson da sıradan çıxıb. Lakin oynayıb-oynamayacağı hələ sual altında olan Aleksandrdan fərqli Girts İsrail səfərinə yollanacaq heyətdən çıxarılıb. Məhz Starkovun çalışdırdığı "Bakı” ilə Azərbaycan Premyer Liqasının XXIV turunun oyununda zədələnən Karlson israillilərlə görüşdə iştirak etməyəcək. Hazırlığın ilk günündən fərdi məşq edən futbolçunun topuğundakı ağrıların səngiməməsi onun yığmadan ayrılmasına səbəb olub. O, sabah Latviyanı tərk edəcək yığmanın düşərgəsindən ayrılacaq ki, bununla da Starkova kömək edə bilməyəcək.
Bu hansi KarlsonsduBirlik kubokunda bombardir olan ermeniyelere divan tutan?Bes milli cempionatda niye qol vurmur?Ustelik zedeside var/ Interin hucum xetti cox zeyifdi cox amma cox en azindan bir iki hucumcu elde etmek lazimdir