Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək
"Qarabağ" - "Brügge" oyununun baş hakimi müəyyənləşib. UEFA qarşılaşmanı isveçrəli ədalət təmsilçilərinə tapşırıb. Matçı FİFA referisi Saşa Kever idarə edəcək. Onun köməkçilərinin adı hələ məlum deyil. Qeyd
edək ki, 36 yaşlı Saşa Kever hakimliyə 1991-ci ildə - 16 yaşında
başlayıb. 2001-ci ildən - 26 yaşında İsveçrə çempionatının güclülər
dəstəsinin oyunlarına təyinat alıb. O, UEFA-nın 2-ci kateqoriyasına
aiddi. Saşa Kever Azərbaycan futbolsevərlərinə yaxşı tanışdı. Belə
ki, O, 2009-cu ildə Çempionlar Liqasında "Bakı"nın "Ekranas"la (Litva,
2:2), 2010-cu ildə isə "İnter"in "Lex"lə (Polşa, 0:1) oyunlarınrı idarə
edib. Ötən il o, 4 beynəlxalq oyun idarə edib. Çempionlar Liqasının
"Reyncers" - "Mançester Yunayted" (0:1), Avropa Liqasının "Sportinq" -
"Levski" (5:0), AEK - "Anderlext" (1:1) oyunlarında fit çalan referi
Avstriya və Yunanıstan yığmaları arasındakı yoldaşlıq matçında da
ədaləti qoruyub - 1:2. "Qarabağ" - "Brügge" matçı avqustun 4-də
Bakıda keçiriləcək. Bundan bir həftə əvvəl Brüsseldə baş tutacaq ilk
oyunu isə ı Şimali İrlandiyadan olan FİFA referisi Arnold Hanter olacaq.
Mənbə:fanat.az
|