"İnter" hazırlıqlarını davam etdirir.oktyabrın 3-dən "Şəfa" stadionunda toplaşan komanda gündə 2 dəfə məşq edir. Məşqlərdə Azərbaycanın gənclərdən ibarət milli komandasına dəvət almış Səlahət Ağayev, Rustəm Abasov, Asif Mirili, Anar Məmmədxanov və əsas yığmaya çağrılmış Vladimir Levin iştirak etmir. Onların əvəzinə məşqlərə əvəzedici heyətdən bir neçə futbolçu cəlb olunub. Bu arada "İnter" Premyer Liqada yaranmış fasilədən istifadə edərək yoldaşlıq oyunu keçirmək qərarına gəlib. Bank klubu oktyarbrın 9-da I divizion təmsilçisi "Şuşa" ilə qarşılaşacaq. Oyun saat 18.00-da başlayacaq və "Şəfa" stadionunda keçiriləcək.
|