Yay transfer pəncərəsi dövründə "Xəzər Lənkəran"ın heyətinə qatmağa çalışdığı Vurğun Hüseynov qışda Bakıda peyda ola bilər. "Turan"ın yüksək məblətdə transfer haqqı tələb etməsi səbəbindən Lənkəran klubunun heyətə qata bilmədiyi futbolçu "İnter"in maraq dairəsinə düşüb. Məlumatda bildirilir ki, artıq yerli futbolçulara qapı açmaq niyyətində olan "İnter" qış fasiləsində heyətinə 5 yerli futbolçu qatmaq istəyir ki, onlardan biri də məhz 22 yaşlı müdafiəçidi. "İnter"in tezliklə "Turan"la danışıqlara başlayacağı bildirilir.