Valeri Abramidze interfan.az saytına müsahibə verib onu sizlərə təqdim edirik
- Komandada vəziyyət necədir? Komandaya uyğynlaşa bilmisən? - Komandada vəziyyət yaxşıdır.Komandanın oyunçularını çoxdan tanıdığım və kollektivdə yerlilərim olduğu üçün komandada adaptasiya olunmağımda heç bir problemlə üzləşmədim.
- "Xəzər Lənkaran” komandasına qarşı keçirilən oyunda siz 90 dəqiqə meydanda oldunuz.Oyun necə keçdi?
- Komandamızın heyətində itkilər olduğu üçün oyunu müdafiədən qurmuşduq.Rəqib komanda b oyunda cəmi bir real qol vəziyyəti yaratdı,onda da qapışımız Georgi Lomaya müdafiəçilərin səhvini sığortalayıb topu qapı xəttindən keçməsinə imkan vermədi.Qalan vaxt ərzində biz öz oyunumuzu oynayıb rəqibə heç bir şans vermədik.
- Lənkaranda qələbə qazanmaq üçün komandanıza nəmane oldu?
- Qeyd etmişdim ki,komandamızın heyətində itkilər var idi.Buna görə də hücuma gedən zaman müdafiə haqqında düşünürdük.Mənə elə gəlir ki,bu səbəbə görə rəqib komandanın qapısına yol tapa bilmədik.
Rəqib komandanın heyətində hansı futbolçunun oyunu xoşuna gəldi?
- "Xəzər Lənkaran” komandasına yeni transver olunan oyunçulardan Ruizin oyunu diqqətimi cəlb etdi.Fiziki gğstəricilərə görə çox güclü olan futbolçu oyun boyu bizə pressinq tətbiq edirdi.Ümumiyyətcə Ruizə qarşı oynamaq ağır idi.
- IV-cü turda "Neftçi” komandasını qəbul edəcəksiniz.Bu mövsüm "İnter” komandasına "Neftçi”dən transver olunduğunuzu nəzərə alsaq bu oyun sizin üçün prinsipial xarakterli olmayacaq ki?
- "İnter”və "Neftçi” komandaları arasında keçirilən oyunlar daim gərginliyi ilə seçilib.Mən hətta deyərdim ki,bu qarşəlaşmanı derbi də adlandırmaq olar.Hansı komandaya qarşı oynadığımızdan asılı olmayaraq hər qarşılaşmaya yüksək əhval ruhiyyə ilə çıxmalıyıq.Komandamzın baş məşqçisi bu oyunda mənə şans versə meydanda komandamın qələbə qazanması üçün əlimdən gələni edəcəyəm.
|