Azərbaycanı Avropa Liqasında təmsil edəcək "İnter" bu gün Türkiyəyə təlim-məşq toplanışına yollanacaq. Klubun mətbuat xidmətindən Agli-goylu.ucoz.net-ə verilən məlumata görə, "bankirlər" İzmit şəhəri yaxınlığındakı Kartepe qəsəbəsində yerləşən 4 ulduzlu "Green Park" otelində məskunlaşacaq.
Paytaxt klubu iyunun 12-dək qardaş ölkədə hazırlıq keçəcək. Baş məşqçisi Kaxaber Sxadadze iyunun 8 və 11-də yetirmələrini yoldaşlıq görüşlərində sınayacaq. Rəqiblərin adları məlum olmasa da, zəif heyətə malik komandalar olacağı dəqiqdi.
Bundan sonra futbolçulara 3 günlük istirahət veriləcək. Ayın 15-də isə "İnter" təlim-məşq toplanışının 2-ci mərhələsi üçün Sloveniyaya yollanacaq. Bu toplanış isə ayın 29-dək davam edəcək.