Azərbaycan Çempionatında yaranmış fasilədən istifadə edərək "İnter” Türkiyəyə qısamüddətli təlim-məşq toplanışına yollanacaq. Komanda məşqlərini Ankara yaxınlığında yerləşən Qızılcahamam mahalında keçirəcək. Ölkə çempionu "Patalya” otelində məskunlaşacaq. "İnter” Türkiyəyə sentyabrın 2-də yola düşəcək və sentyabrın 8-də vətənə qayıdacaq. Təlim-məşq zamanı komandamız Türkiyənin superliqasında oynayan komandalarıyla iki yoldaşlıq oyunu keçirməyi planlaşdırır. Sentyabrın 5-də "İnter” Bucaspor”la, sentyabrın 7-dəsə "Gənclərbirliyi”lə qarşılaşacaq.
Xatırladaq ki, təlim-məşq toplanışına milli komandalara çağrılmış futbolçularımız gedə bilməyəcəklər.