Milli komandaların AÇ-2012-nin seçmə mərhələsindəki oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən "İnter" yoxlama matçı keçirib. "bankirlər" I Divizionun cari turunda matçı olmayan "Şuşa" ilə qarşılaşıb. Əsasən əvəzedici heyətin oyunçularını - Mirsahib Abbasova, Ruslan Cəfərova, Xəyal Quliyevə və Vüsal Səfərova meydana buraxan Kaxaber Tsxadadze sonda minimal hesablı qələbəyə sevinib.