Unibank Premyer Liqanın XXXI-ci tutunda "İnter” Quzanlıda "Qarabağ” komandası ilə qarşılaşırdı.Turun mərkəzi görüşündə turnir cədvəlində üçüncü pilləni qorumaq üçün "İnter”ə heç-heçə sərf etsədə,Qarabağ” Avroliqaya düşmək şansını saxlamaq saxlamaq üçün mütləq qələbə qazanmalı idi. Quzanlı Olimpiya İdman Kompleksinin meydançasına "İnter” 5-4-1 taktiki düzülüşlə çıxmışdı.Qapını Georgi Lomaya qoruyurdu.Onun önündə İlia Kandelaki,Peter Xrappan,Vladimir Levin,Valeri Abramidze və Arif Daşdəmirovdan ibarət müdafiə xətti düzülmüşdü.Yarımmüdafiənin mərkəzini Petar Zlatinov və İbrahima Niasseyə həvalə edən Kaxaber Tsxadadze cinahları Asif Məmmədov və Nizami Hacıyevə həvalə etmişdi.Hücumda mübarizə aparan Girts Karlsons komandasına qol sevincini yaşatmalı idi. Oyun "Qarabağ” komandasının hücumları ilə başladı və meydan sahibləri ilk hücumda küncdən zərbə qazandılar.Lakin Vaqif Cavadovun yerinə yetirdiyi korner uğursuz alındı.Bundan 2 dəqiqə sonra Girts Karlsons künc zərbəsindən göndərilən topa başla endirdiyi zərbə qapıdan aralı keçdi.Bu epizoddan sonra meydan sahibləri ərazi üstünlüyünə yiyələnib "bankirlər”in qapısı qarşısına həmlələr etməyə başlayırlar.Qurulan hücumlar zamanı Vüqar Nadirovun iki təhlükəli zərbəsi qapıdan aralı keçsədə Muaremin təhlükəli zərbəsini Georgi Lomaya gözəl sıçrayışla dəf edə bilir.Ağdamlılar cinahlardan Vüqar Nadirovun və Vaqif Cavadovun fəallığı sayəsində təhlükəli hücumlar təşkil etsələrdə "bankirlər” qapısı qarşısında diqqətli olub qurulan hücumların qarşısını ala bilirdilər.İlk yarının 29-cu dəqiqəsində "İnter” məcburi əvəzetmə edir və zədələnən İbrahima Niasse meydandakı yerini Bronislav Çervenkoya buraxır.Bu dəyişiklikdən 5 dəqiqə sonra "Qarabağ” hesabı aça bilərdi.Lakin cinahdan Vüqar Nadirov qonaqların cərimə meydançasına daxil olsada onun zərbəsinin qarşısını Georgi Lopmaya alır.İlk hissənin son dəqiqələrində meydan sahibləri daha iki dəfə hesabı açmağa yaxın olurlar.Bir epizodda Vüqar Nadirovun yaxın məsafədən endirdiyi zərbə qapıdan yan keçsədə,ardına qurulan hücumda Georgi Adamiyanın fərqlənməsinə adaşı Georgi lomaya mane olur və komandalar fasiləyə hesabı açmadan yollanırlar. İkinci hissəyə "Qarabağ” sürətli hücumlarla başlayır və 56-cı dəqiqədə Vüqar Nadirovun təhlükəli cərimə zərbəsini Georgi lomaya kornerə çıxarır.bundan bir dəqiqə sonra "İnter” ikinci dəyişikliok edir və Nizami Hacıyevin yerinə meydana Samir Zərgərov daxil olur.Bu əvəzetmədən sonra meydan sahibləri ardıcıl iki kornerdən yararlana bilmirlər.İkinci yarının ilk 15 dəqiqəsində "Qarabağ” rəqibini tam olaraq qapısına doğru sıxışdırsada üstünlükdən yararlana bilmirlər və bunu görən Qurban Qurbanov oyunun 66-cı dəqiqəsində Muaremin əvəzinə meydana Rauf Əliyevi buraxır.Qarşılaşmanın 74-cü dəqiqəsində "İnter” təhlükəli əks-hücum təşkil edir və Asif Məmmədov boş qapını nişan ala bilmir.Oyunun 76-cı dəqiqəsində meydan sahiblərinin aramsız hücumları bəhrəsini verir və Rauf əliyev sağ cinahdan ötürülən topu dəqiq zərbə ilə tora qovuşdurur.Məğlub duruma düşən "İnter” oyunçu dəyişikliyi edir və Valeri Abramidzenin əvəzinə meydana Baçana Tsxadadze daxil olur.Vurulan qoldan sonra "Qarabağ” hesabı qorumaq üçün arxaya çəkilir.Bundan yararlanan "İnter” qarşılaşmanın sonuna qədər bir neçə təhlükəli hücum təşkil etsədə status kvonu bərpa edə bilmir və qarşılaşma "Qarabağ”ın minimalhesablı qələbəsi ilə nəticələnir.
|