Bank klubu millimizlə oyunda sarı vərəqə alan oyunçunu heyətinə qatdı. "İnter"in heyətinə qatdığı makedoniyalı futbolçunun kimliyi müəyyənləşib.Bakı klubu Filip Despotovski ilə anlaşıb. Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi peşəkar karyerasına 2001-ci ildə Makedoniyanın "Kementarnika" klubunda başlayıb (19 oyun, 4 qol). 2002-ci ildə Serbiyanın OFK klubuna keçən (20 oyun, 1 qol) Despotovski 2004-də vətəninə dönərək əvvəlcə "Napredok" (6 oyun, 1 qol), ardınca "Vardar"ın (1 oyun) şərəfini qoruyub. 2004-cü ildə yollandığı Serbiyada iki klubda çıxış edib: "Bejaniya" (11 oyun, 2 qol), "Maçva" (14 oyun, 3 qol). 2006-cı ildə Yunanıstanın "Etnikos" klubuna keçən (18 oyun) futbolçu 2007-2008 mövsümündə "Vardar"ın formasını geyinib (26 oyun). Despotovskinin son klubu Ukrayna "Vorskla"sı olub (2008-2010, 49 oyun, 2 qol). 2009-cu ildən Makedoniya millisinə çağırılan futbolçu indiyədək 6 dəfə yığma formasını geyinib. O, bu ilin may ayının 29-də Avstriyada keçirilən Azərbaycan - Makedoniya oyununda meydana start heyətində çıxıb və 80-ci dəqiqədə sarı vərəqə alıb. Qeyd edək ki, əvvəlcə "İnter"in "Levski"də forma geyinən Darko Taşevski ilə anlaşdığı deyilirdi.
Sadəcə bura tıkla
http://www.youtube.com/watch?v=SDqYlLa7UPQ
|