"Xəzər Lənkəran” azarkeşləri ilə "İnter” azarkeşləri arasındakı dostluq və qardaşlıq əlaqələri müəyyən tarixə malikdir. Bu dostluq və qardaşlıq körpüsünü yaradanlardan biri də "İnter” azarkeşi olan Oqtay Ağazadədir. Oqtay Ağazadənin bizim "Xəzər Lənkəran” komandasına böyük simpatiyası çoxlarına məlumdur. Bu günlərdə Oqtay Ağazadə həyatın ən şirin meyvələrindən olan övlad atası olmuşdur. Allahdan Oqtay bəyin körpəsinə can sağlığı, uzun ömür və atasına layiq bir övlad olmasını diləyirik. Yəqin ki, "İnter” "Xəzər Lənkəran” arasında azarkeş dostluğu bu yolla da davam edəcək.
Imza: Dr.Mirhafiz, "Bosman" fanklubu (Bu təbrik "Bosman" fanklubunun rəsmi saytında da verilmışdir)