Главная » 2010 » Avuqst » 16 » İnter hərbiçiləri minimal hesabla məğlub etdi.
20:58
İnter hərbiçiləri minimal hesabla məğlub etdi.
İkinci turda sonuncu çempion "İnter”komandası "Şəfa”stadionunda bu mövsümün debütantı "MOİK”komandasını qəbul edirdi.Bu oyuna qədər, şempionatın birinci turunda hər iki komanda qələbə qazanmış və aktivlərinə üç xal yazmışdılar.
Oyunun start fiti verilən kimi "İnter” komandasının futbolçuları erkən qol vurmaq arzusu ilə hücumlar qurmağa başladılar.”Hərbiçilər” isə əksinə oyunu müdafiədən qurub bəxtlərini əks hücumlarda atarırdılar.”Bankirlər”in hücumlarının birində David Odikadzenin zərbəsi "MOİK” komandasının müdafiəçisinə dəyib az bir fərqlə qapı dirəyinin yanından keçir.Oyunda ərazi üstünlüyü "İnter” komandasında olsa da top qapıya daxil olmaq istəmir.”Hərbiçilər”isə qurduqları taktikaya uyğun olaraq ağılla müdafiə olunurdular.”Bankirlər”in vurduğu zərbələrdən sonra qapı istiqamətində gedən topları "MOİK” komandasının qapıçısı Amiran Qventadze zərərləşdirir.Birinci yarının sonlarında "İnter” komandasında Valeri Abramidze və David Odikadze fəallıqları ilə seçilirlər lakin bu fəaalıq da heç bir nəticə vermir və birinci hissə qolsuz başa çatır.
İkinci hissəyə "İnter” komandası bir əvəzetmə ilə başlayır.Bolqar yarımmüdafiəçi Petar Zlatinovun yerinə meydana braziliyalı pleymeyker Mario Souza daxil olur.İkinci yarıda "İnter” komandasının hücumları ilə başlayır.Oyunun birinci hissəsinə nisbətən "bankir”lər sürəti artırırlar və bunun nəticəsində "İnter” komandasının qurduğu hücumlar daha kəsərli alınır.Lakin "MOİK” komandasının qapıçısı bu gün keçilməzdir və o. Qapıya gedən bütün zərbələrin qarşısını alır.David Odikadzenin güclü zərbə ilə vurduğu topun dəf edən qapıçı ardından Felippe Maşadunun da gözəl zərbə ilə vurduğu topu qapı xəttini keçməsinə mane olur.Oyunun sonlarında "MOİK” komandası "Şəfa” stadionundan bir xal aparmaq arzusu ilə tam heyətlə medafiəyə çəkilirlər.Lakin oyunun 89-cu dəqiqəsində "MOİK” komandasının cərimə meydançasına göndərilən topun qarşısını”hərbiçilər”in müdafiəçisi əli ilə saxlayır.Oyunun baş hakimi Rauf Cabbarov tərrədüd etmədən "MOİK”in qapısına 11 metrlik cərimə zərbəsi təyin edir.Topa yaxınlaşan Mario Souza matçda hesabı açır və özünün bu mövsüm ikinci qolunu vurur.Oyuna əlavə olunmuş dəqiqələrdə "bankirlər”bir neçə hücum qursalar da hesabı artıra bilmirlər və oyun 1:0 hesabı ilə "İnter” komandasının qələbəsi ilə nəticələnir.