Главная » 2010 » sentyabr » 18 » "İnter Fan Klub"unda yeni dəyişiklik yeni vitse prezident
19:19
"İnter Fan Klub"unda yeni dəyişiklik yeni vitse prezident
Bu gün İnterfanklubunun ofisində fanklub rəhbərliyi və idarə heyət üzvlərinin növbəti iclası keçirildi.İclası giriş sözü ilə fanklubun prezidenti Ruslan Muradov açdı.O,iclas iştrakçılarını salamlayıb sözünə davam etdi.Sözünün ardında Ruslan Muradov iclası gündəliyində üç məsələ olduğunu bildirdi.bunlardan:1.”Qəbələ” – "İnter” oyununa səfər,2.Fatmai qəsəbəsində İnterfanklubunun bölməsinin yaradılması və 3.Fanklubda struktur dəyişikliyi olması.
Birinci məsələyə münasibət bildirən Ruslan Muradov Qəbələ səfərinə 50 azarkeş ilə gedəcəklərini iclas iştrakçılarının nəzərinə çatdırdı.Bundan əlavə o ”Qəbələ” komandası ilə oyunun "İnter”üçün ağır olacağını və səfərdə oynayan komandalarını oyunun sonuna qədər dəstəkləmək lazım olduğunu iclas iştrakçılarının nəzərinə çatdırdı.Buna münasibət bildirən fanklubun idarə heyyətinin üzvü Eldar Məmmədov fanklubun prezidentinə fanatların səfərə gedib "İnter”i sona qədər dəstəkləməyə hazır olduqlarını bildirdi.
l Fatmai qəsəbəsində İnterfanklubunun bölməsinin açılması barədə çıxış etmək üçün söz fanklubun idarə heyətinin üzvü Əziz Şiriyeva verildi.Əziz Şiriyev Fatmai qəsəbəsində İnterfanklubunun bölməsinin açılması üçün lazımi tədbirlər görüldüyünü və bu məqsədlə Fatmai qəsəbəsində ofis üçün icarəyə otaq götürüldüyünü iclas iştrakçılarının nəzərinə çatdırdı.İcarəyə götürülmüş otaq hal-hazırda təmir olunduğu üçün gələn ayın ortalarına qədər Fatmai bölməsinin açılışı nəzərdə tutulub.
Sonuncu məsələ ilə bağlı iclas iştrakçılarına məlumat verən Ruslan Muradov fanklubda struktur dəyişikliyinin olduğu bildirdi.Fanklubun nəznində ictimayyətlə əlaqələr üzrə bölməsinin açıldığını və bu gündən İnterfanklubunun ictimayyətlə əlaqələr üzrə koordinatoru vəzifəsinə Elçin Həsənovun və vitse prezident postuna Ələkbər Salamovun namizədliyini irəli sürdü.Bu məsələ səsə qoyuldu və idarə heyət üzvləri tərəfindən qəbul olundu.
Sonda fanklubun prezidenti Ruslan Muradov iclas iştrakçılarına təşşəkkür edib iclası bağlı elan etdi.