"Oğru elə bağırdı ki,doğrunun bağrı yarıldı" və yaxud "Utanmasan oynamağa nə var ki"Unibank Premyer Liqasının XXVI-cı turunda "İnter” və "Neftçi” komandaları arasında keçirilən oyunda qarşılaşmanın baş hakimi Əgqan Həmzəyev meydanda ədaləti qorumaq əvəzinə "Neftç”" komandasını məğlubiyyətdən qurtarmaq üçün əlindən gələni edib sonda komandamızın qapısına haqsız 11 metrlik cərimə zərbəsi təyin etməklə "İnter”in qələbəsini əlindən alıb istədiyinə nail oldu.”İnter” komandasının rəhbərliyi və baş məşqçisinin haqlı etirazları "Neftçi” komandasının mirzəbaşı Elnur Əşrəfoğluya elə təsir edib ki,çox hörmətli Elnur müəllim bu gün dilə gəlib ağlına gələni idman portallarının birinə danışıb. Elnur Əşrəfoğlu "İnter”komandasının prezidenti Georgi Nikolov və baç məşqçi Kaxaber Sxadadzenin bu məsələdə canfəşanlıq etdiyini və haqsız olduğunu bildirir.Bəli,Elnur müəllim komandanın prezidenti və baş məşqçisi haqq səslərini ucaldıb tapdalanmış hüquqlarını müdafiə edirlər.Siz bu sözləri elə kinayə ilə deyirsiniz ki,güya uca dağları yaratmısınız.Siz Georgi Nikolov və Kaxaber Sxadadzenin səviyyəsinə çatanda onlar haqqında fikir bildirərsiniz.Hələ ki,bütün Azərbaycan bilir ki,Elnur Əşrəfoğlu kimdir və onu AzTV-dən niyə qovublar. Sonra Elnur müəllim Flavinyonun oyunun 70-ci dəqiqəsində yıxıldığı epizodu qabardır və həmən epizodda "İnter”in qapısına 11 metrlik cərimə zərbəsinin təyin olunmadığını bildirir.Elnur müəllimin bu sözlərindən sonra bir nəticə hasil olur ki,mirzəbaşı oyunun ikinci hissəsinə baxıb,ya da onun futboldan anlayışı yoxdur.Elnur müəllim Flavinyonun 70-ci dəqiqədə meydanda nə işi var idi ki,həmən epizod mübahisə mövzusu olsun.Flavinyo oyunun 17-ci dəqiqəsində Filipp Despotovskinin ayağına endirdiyi zəbəyə görə meydandan qovulmalı idi. Sözünün ardında Elnur müəllim "İnter” komandasının futbolçularını vaxt uzadmaqda və futbol oynamamaqda suçlayır.Elnur müəllim məhz Əfqan Həmzəyev sizin tapşırıqlarınızı yerinə yetirib "İnter” komandasının oyunçularına futbol oynamağa imkan verməyib komandanın oyununu sındırmaqla məşğul idi. Sonda Elnur müəllim "İnter” komandasının rəhbərliyini "İnter” – "Neftçi” oyunu ilə bağlı yalnış fikir formalaşdırdığını və "Neftçi”nin qələbəyə layiq olduğunu bildirir.Çox hörmətli Elnur müəllim nəzərinizə çatdırıram ki,yalnış fikiri siz və sizin kimilər formalaşdırıb "Neftçi” komandasının azarkeşlərini aldadırsınız.Sizin hakimlərlə işbirliyinizi həmən gün stadionda və televiziya ekranları qarşısında əyləşən futbol azarkeşləri gördü.Sizin tutduğunuz yol "Neftçi” komandasını çempionluğa və uçruma aparır. PS: Sizin bu açıqlamanızı oxuyanda atalar misalı yadıma düşdü: "Oğru elə bağırdı ki,doğrunun bağrı yarıldı” və yaxud "Utanmasan oynamağa nə var ki”?
|