Sloveniyada təlim-məşq toplanışında olan "İnter” 4 yoldaşlıq matçı keçirməyi planlaşdırır. Belə ki, komandamız iyun ayının 18-də, 21-də, 25-də və 28-də yoxlama oyunları keçirəcək. Artıq "İnter”in ilk rəqibinin adı da məlumdur. Ayın 18-də komandamız Avstriyanın "Kapfenberq” komandasıyla qarşılaşacaq. 1919-cu ildə təsis edilmiş "Kapfenberq” klubu hazırda Avstriyanın güclülər dəstəsində mübarizə aparır. Oyunun başlanma saatı barədə əlavə məlumat veriləcək.
Mənbə:İnter.az
|