Komandamızın yeni futbolçusu İbrahima Niasse bizimlə söhbətdə öz karyerası və "İnter"ə keçidi barədə ətraflı danışdı. -Öncə karyeran barədə öyrənmək istərdik. Hansı klublarda oynamısan?
Mənim birinci klubum doğma Seneqalın komandası idi. O vaxt mən Seneqalın U-17 yığmasının da formasını geyinirdim. Bundan sonra Fransaya yolladım və "Nansi" klubuyla ilk peşəkar müqavilə imzaladım. Burada iki il keçirdim və ondan sonra İsveçrənin "Nevşatel Ksamaks" komandasına keçdim. Karyeramın axırıncı üç mövsümünü elə bu komandada keçirdim.
-"İnter" klubuna keçidin necə oldu?
-Mənim menecirim buranı təklif etdi. Buraya gələndə şəhərdən və komandadan çox xoşum gəldi. "Ksamaks" klubuyla olan müqaviləm artıq bitmişdi və "İnter"ə keçmək üçün artıq heç-bir maneə qalmamışdı. Beləliklə, mən yenidən Bakıya gəldim və bu klubla müqavilə imzaladım. Yenə təkrar edirəm ki, şəhəriniz çox xoşuma gəldi. Ümid edirəm ki, burada oynamaq mənim karyeramda mühüm mərhələ olacaq.
-Sənin üçün yeni olan "İnter" komandası barədə nə deyə bilərdin?
-"İnter" çox yaxşı komandadır. Burada hər şey xoşuma gəlir. Komanda məşqçilərinin futbolçulara keçdiyi məşqləri çox bəyəndim. Bu məşqlər daim təkmilləşməyə təkan verir. Və mən özümdə artıq bu artımı görürəm.
|