Главная » 2011 » Yanvar » 28 » Georgi Nikolov: Yəqin ki, Poşkus komandamızda qalmayacaq
19:00 Georgi Nikolov: Yəqin ki, Poşkus komandamızda qalmayacaq |
"Litvalı futbolçumuz Robertas Poşkusla ciddi söhbətim olacaq. Poşkus Bakıya gəlib, danışmağı təklif etdi. Mən də bunu müsbət cavabladım”. Bu fikirləri Bakının "İnter” klubunun prezidenti Georgi Nikolov deyib. Ötən mövsüm çempion komandanın bombardiri olan litvalı hücumçu Robertas Poşkus qış fasiləsində istirahətə buraxılandan sonra geri qayıtmayıb. "İnter”in Antalyadakı ilk hazırlıq mərhələsinə və Rusiyadakı "Birlik kuboku”na qatılmayan Poşkus hələ də vətənindədir. Ailə problemlərini, konkret anasının xəstə olmasını əsas gətirən Robertas "İnter”in Türkiyədə başlayan 2-ci təlim-məşq toplanışından da kənarda qalıb. Nikolovun sözlərinə görə, peşəkar futbolçudan uzaq hərəkət edən, ümidlərini puça çıxaran Poşkusla gələn həftənin əvvəlində görüşəcək: "Baş məşqçimiz Kaxaber Sxadadze hücumçunun xidmətində maraqlı deyil. Onun incikliyini anlamaq olar. Çünki Robertas kimi təcrübəli, ən əsası, taran tipli hücumçu bizə "Birlik kuboku”nda, xüsusilə finalda "Şaxtyor”la oyunda çox lazım idi. Əslində litvalı 2-ci dəfə hazırlığımıza gec qatılır. Robertas ötən yay Çempionlar Liqasına Bolqarıstanda hazırlaşdığımız zamanı da yubandı və əli gipsdə döndü. Nəticədə Polşanın "Lex” klubu ilə oyunlarda ümidləri doğrultmadı. Üstəlik, ötən mövsüm məhsuldarlığından əsər-əlamət yoxdur. Bombardirimiz cari mövsümdə 2-3 qol vurub”. Poşkusun Sxadadzedən narazı qalmağa haqqı yoxdur. Ən azı ona görə ki, gürcü çalışdırıcı məhz Robertası daha çox əsas heyətdə meydana buraxaraq, latviyalı hücumçu Girts Karlsona onun əvəzləyicisi gözü ilə baxırdı. Ancaq Karlson sonradan əvəzlədiyi Poşkusun "Birlik kuboku”nda yoxluğunu hiss etdirməyərək, onu kölgədə qoydu. Təsadüfi deyil ki, Sankt-Peterburqdakı turnirdə daim əsas heyətdə meydana çıxan Girts potensialını ortaya qoyaraq, 6 qolla turnirin bombardiri oldu. Robertasın başqa klubdan təklif alaraq, bəhanə etdiyi də istisna deyil. "İnter”in prezidenti hansısa futbolçunu məcburi saxlamaq fikrində olmadıqlarını bildirib: "Təklifi varsa, buna baxmağa hazırıq. Sadəcə, Poşkusla hələ il yarımlıq müqaviləmiz var. Bütün bunları müzakirə etmək lazımdır. Ona görə də Pobertasla görüşüb, danışmalıyıq. Söhbətim ciddi olacaq. Yəqin ki, litvalı hücumçu komandamızda qalmayacaq. Onsuz da heyətimizdə yetərincə legioner var və transferlərdə əsas diqqətimizi yerli futbolçulara yönəldəcəyik”.
|
Категория: Klub Xəbərləri |
Просмотров: 438 |
Добавил: kerimova
| Рейтинг: 0.0/0 |
|