Azərbaycan futbolunda baş verən haqsızlıqların demək olar ki, hamısı ilə ilk olaraq biz qarşılaşdığımıza görə və ictimaiyyət də bu ədalətsizlikləri birinci "Xəzər Lənkəran"ın baş rolda ifasında gördüyünə görə eyni hadisələrlə digər klublar qarşılaşdığı zaman bir az biganə münasibət göstərilir hər tərəfdən. Hakimlərə qarşı mübarizəmiz və polis zorakılığına qarşı üsyanımız hər zaman olmuşdur və bunun Azərbaycan futbolunun, azarkeş mədəniyyətinin formalaşmasına ağır zərbə olduğunu qeyd etmişik dəfələrlə. Xaqani Məmmədova sözün çatmaması isə təzə xəbər deyil. Başına gələn başmaqçı olar deyiblər. Biz bu çətin yolları keçən fanatlar olaraq İnter azarkeşlərinə səbr diləyirik. Təkcə 18 mayı unutmamağınızdan dolayı deyil, hər zaman ədalət tərəfdarı olduğumuz üçün hər kəs bilsin! - BİZ YANINIZDAYIQ!
|