Главная » 2011 » Avuqst » 24 » Filip Despotovski: "Bakı"nın futbolçusu özünü ayaq altına sərirsə, buna Lomaya neyləsin?"
17:16 Filip Despotovski: "Bakı"nın futbolçusu özünü ayaq altına sərirsə, buna Lomaya neyləsin?" |
Yola saldığımız mövsüm İnter"ə cəlb edilən Filip Despotovski, ilk günlər baxımlı futbol oynasa da, sonradan lazım olan səviyyədə oynamadı. Ölkəmizdə olduğu müddətdə əsasən zədələrlə "boğuşan" Despotovski, belədə özünü yaxşı tərəfdən göstərə bilmədi. Makedoniyalı futbolçu ümidləri doğrultmayınca, Kaxaber Sxadadze onu komandada saxlamaq istəmədi və belədə mövsüm sonunda onunla yollar ayrıldı.
Azərbaycandan ayrıldıqdan sonra öz vətəninə yollanan Filip, hazırda klubsuzdur.
Futbolçunun bu yaxınlarda Rusiya Premyer Liqa klublarından biri ilə müqavilə bağlanacağı gözlənilir.
Bu barədə futbolçu özü Premyerliqa.az saytına açıqlama verdi: "İnter"dən ayrıldıqdan sonra klubsuz qalmışam. Buna baxmayaraq, fərdi məşqlər yerinə yetirirəm.
Bir-iki klub var ki, mənimlə görüşmək üçün təmsilçiləri Makedoniyaya gəlmişdi. Ancaq hələ ki, ortaq məxrəcə gəlməmişik. Danışıqlar gedir.
Ola bilsin ki, Rusiyanın yüksək liqa klublarından birinə keçdim. "İnter"dən yeni ayrılanda menecerimə Azərbaycan klublarından da müraciət edən olmuşdu. Ancaq sonradan bir xəbər çıxmadı"
Despotovskii, "İnter"dən ayrılmasının səbəblərini də bizə açıqladı: "İnter"dəki karyeram istədiyim kimi alınmadı. Zədələr, özümü tam göstərməyə imkan vermədi.
Orada olduğum müddətdə əsasən zədələrimi sağaltmaqla məşğul idim. Komanda ilə olan müqaviləm də başa çatdığından oradan ayrıldım".
Bir ara, ölkə kubokunu qazana bilmədiklərinə görə komandadan uzaqlaşdırıldığı deyilən Filipin məsələyə münasibəti bu cür oldu: "Yox,bu cür söhbətlər olmayıb. Əgər belə olsaydı, hazırda "İnter"də olan futbolçular da kubok oyunundan sonra komandanı tərk edərdilər. Sadəcə olaraq, mənim müqaviləm sona çatmışdı".
"İnter"dən ayrılmasına baxmayaraq, keçmiş komandası ilə maraqlandığını deyən Filip, hətta qalmaqallı "İnter"- "Bakı" matçının video fraqmentlərini də izlədiyini dedi: "İnter"də dostlarım çoxdur. Ona görə də, bu komanda ilə tez-tez maraqlanıram.
"Bakı" ilə oyunun fraqmentlərinə baxdım, hakim doğurdan da ağlını itirib. Ancaq neyləmək olar oyunun hakimi odur və qərarları da o, verir.
Burada heç bir qırımızı vərəqə və penaltidən söhbət belə gedə bilməz. Çünki həmin epizodda Lomaya topu tutmaq üçün tullanır. Bütün qapıçılar kimi o, da yerə düşərkən eyni hərəkəti edir.
Əgər "Bakı"nın futbolçusu gedib özünü onun ayağının altına sərirsə, buna Lomaya neyləsin?.
İnsidenti yaradan da hakim oldu. Matçın başa çatmasına 1-2 dəqiqə qalmışdı. Nəyə lazım idi ki, bu insident? Hər bir hakim səvh edə bilər. Heç kəs səhvdən sığortalanmayıb.
Amma düzünü desəm mən Azərbaycanda oynadığım müddətdə hakimlərlə heç bir problemim olmadı. Azərbaycanlı hakimlərdən narazıçılığım yoxdur".
Sonda isə 28 yaşlı yarımmüdafiəçi Azərbaycan futbolu ilə bağlı təəssüratlarını bizimlə bölüşdü: "Azərbaycan futbolu ilə bağlı ancaq xoş xatirələrim qalıb. Azərbaycan futbolu ildən-ilə inkişaf edir. Bir neçə ildən sonra daha yuxarı pillələrdə olacaq"
|
Категория: agligoylu.tk (Eksklüziv Müsahibələr) |
Просмотров: 334 |
Добавил: defaultNick
| Рейтинг: 0.0/0 |
|