Главная » 2011 » Avuqst » 19 » Enyo Krastovçev: "İnter" əsl mənim oyun stilimə uyğun komandadır"
19:07
Enyo Krastovçev: "İnter" əsl mənim oyun stilimə uyğun komandadır"
Krastovçev, AZAL-ı mehribancasına tərk etdiyini söylədi: "Komandadan ayrılacağımı AZAL-da bilirdilər. Oradan da mehribancasına ayrıldım."İnter"dəki işlərimin yolunda gedəcəyinə əminəm. Çünki "İnter" əsl mənim oyun stilimə uyğun komandadır""İnter"ə qarşı oynamışam və futbolçuları da yaxşı tanıyıram. Dünən komanda ilə bir illik müqavilə imzaladım. Artıq məşqə də çıxmışam. Keçidimin uğurlu alınacağını düşünürəm".Bolqar hücumçu keçidlə bağlı premyerliqa.az saytına bunları dedi: "İnter"dən təklif gəldi, mən də razılaşdım. Kaxaber Sxadadze özü məni komandada görmək istəyirdi. Bu da mənə əlavə stimul verdi. Tez bir zamanda əsas heyətdəki yerimi möhkəmləndirəcəyimə inanıram.
Hücum xəttində sıxıntılar yaşayan "İnter" heyətinə yeni forvard cəlb edib. Ötən mövsümdən AZAL-ın heyətində top qovan Enyo Krastovçev "bankirlər"lə müqavilə imzalayıb..